Gülər Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilib

Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib

Qurumdan verilən məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun əmri ilə Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilib.

G.Paşayeva 1 iyun 2022-ci il tarixindən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində çalışıb.