Penitensiar xidmətlə DİN-in birgə əməliyyatı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.