Ermənistan ərazisində zəlzələ qeydə alınıb

Yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, təbii hadisə Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Zəlzələ 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.