Qubanın Qrız kəndində 14 sm qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti pisləşib.

Regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qar 10 sm çatıb.

Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.//Apa