MN: Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır
Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib.
Bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ordumuz düşmənə qarşı adekvat tədbirlər görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

