Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat
Toğrul Əliyev Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri təyin olunub.
Bu barədə Fond məlumat verir.
T.Əliyev həmçinin Mərkəzi Bankın Risklərin idarə olunması departamentinin direktorudur.
O, Himayəçilik Şurasının sədri vəzifəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin üzvü vəzifələrini icra edən Asim Zülfüqarovu əvəz edib.

