Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakıda avtobus qəzası baş verib.


Hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.


"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.


Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (ONA)