Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gəncədə yanğın qeydə alınıb.
Yerveinsan.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

