Narkotiklə tutulan baş redaktordan hadisə ilə bağlı açıqlama – Foto
Bakıda narkotik alveri ilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan baş redaktor Şəfəq Ağabalayeva (Ağacan) bu gün məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə onun “Facebook” səhifəsində yazılıb.

Şəfəq Ağacanın sosial şəbəkə paylaşımı
Ş.Ağacanın adından yazılan məlumatda qeyd olunub ki, proses Xətai Rayon Məhkəməsində baş tutacaq.
Bundan başqa, Ş.Ağacana böhtan atıldığı iddia olunur.
Xatırladaq ki, Ş.Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur. O, Nərimanov rayonunda narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürüb. (Oxu.az)

