Bakıda ölümə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

Bakıda hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.