Qida təhlükəsizliyinə dair yeni mexanizmlər yaradılacaq
Qida təhlükəsizliyi sisteminin səmərəliliyi və şəffaflığı artırılacaq, beynəlxalq tələblərə uyğunlaşdırılacaq.
Bu məsələ Prezident İlham Əliyevin ötən gün imzaladığı "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqramda həmçinin "Halal" sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.
Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər.
Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

