Bakıda əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu alan şəxs saxlanılıb

Əcnəbi vətəndaşı aldadıb pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılıb.