Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyanın Xabarovsk diyarında T-50 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Yerveinsan.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, qəza sınaq uçuşu zamanı baş verib.

Bildirilir ki, pilot katapult edib və xəsarət almayıb.