Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.
Şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.
Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.
Faktla bağlı araşdırmalara başlanılıb.report

