Bakıda iki nəfər maşında güllələndi - YENİLƏNİB

Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.

 “Niva” markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

 

23:58

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. 

Hadisə Şərifzadə küçəsində qeydə alınıb. 

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.  


Ona ümumilikdə üç güllə vurulub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Fakt araşdırılır. apa