Sahibsiz itlərin basqını davam edir, 1 rayonda 3 nəfər xəstəxanalıq olub
İt dişləmiş şəxslərə tibbi yardım göstərilib
Zaqatala Rayon Mərkəzi Xəstəxanasına it dişləməsinə görə 3 müraciət daxil olub. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu, 1945-ci il təvəllüdlü Məhəmməd Abdulsalam oğlu Liliyevi və 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi it dişləyib.
Həmin şəxslərə tibbi yardım göstərilib, lazım olan zərdab vurulduqdan sonra onlar evə buraxılıb.

