Xınalıq və Qırız kəndlərinə 14 sm qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib

Qubada 14 sm qar yağıb.  

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ən çox yağıntı dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndində müşahidə edilib. 


Bu kənddə qarın hündürlüyü 14 sm-ə çatıb. 

Xınalıqla yanaşı Qırız kəndində də güclü qar müşahidə edilib. 

Hər iki kənddə temperatur mənfi 10 dərəcəyədək aşağı düşüb.