Bakıda itkin düşən 35 yaşlı qadın tapıldı

Bakıda itkin düşən qadın tapılıb.

Hadisə aprelin 22-də Sabunçu rayonu ərazisində baş verib.

1984-cü il təvəllüdlü Xasıyeva Günel Abbasəli qızı aprelin 22-də Sabunçu rayonu ərazisində itkin düşüb.

 
Ailə üzvlərinin müraciətindən sonra polis araşdırmalara başlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xasıyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.