Çimərliklər neftlə çirkləndi, fövqəladə vəziyyət elan olundu

Braziliyanın Baiya ştatında fövqəladə vəziyyət elan olunub. Buna səbəb ştat sahilləri boyunca çimərliklərin neft ilə çirklənməsi olub.

Daha öncə Braziliya ətraf mühit naziri Rikardu Salles bildirmişdi ki, çimərliklərdə müşahidə edilən Venesuela neftidir. Venesuelanın neft şirkəti isə bu ittihamları qəbul etməmişdi.

Bu səbəbdən ştat qubernatoru sahil və çimərliklərdə neftlə çirklənmənin təmizlənməsi məqsədilə fövqəladə vəziyyət elan edib.