Lənkəranda itkin düşən 48 yaşlı qadın tapıldı

Lənkəran şəhərində itkin düşən qadın tapılıb.

Hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Yaqubova Rübabə Möhübbət qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubova tapılaraq ailəsinə təhvil verilib.

 
Faktla bağlı araşdırma aparılır.