Bakıda dəhşətli cinayət - Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi
Bu gün Bakıda dəhşətli qətl törədilib.
Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Məhərrəmov Firdovsi Əkbər oğlu oğlunun həyat yoldaşı 1989-cu il təvəllüdlü Cəmiləni baltalayıb.
Ağır zərbələr alan 30 yaşlı C.Məhərrəmova hadisə yerində vəfat edib. Hadisəni törədən şəxs tutulub. Onun qətli qısqanclıq zəminində törətdiyi, hadisə vaxtı qadının övladlarının evdə olduğu bildirilir.

