Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib
Hacıqabulda sərnişin avtobusu qəza törədib.
Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazaxdan Bakıya gedən sərnişin avtobusu qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

