Dövlət Statistika Komitəsindən verilən məlumata görə...
Cari ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 857,7 milyon manatı heyvandarlıq, 36,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları isə 24,7 faiz artıb.

