Binəqədidə su xətti çəkilən zaman yol yararsız vəziyyətə salınıb
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 47-ci korpus ərazisində yaşayan sakinlər yolu keçməkdə çətinlik çəkirlər. Buna səbəb içməli su xətti dəyişdirilərkən yolun qazılaraq sonradan asfaltlanmamasıdır.
Burada yaşayan 50-dən çox ailənin istifadə etdiyi yol yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl su xətti dəyişdirilən zaman həm yol qazılaraq yararsız vəziyyətə salınıb, həm də ərazini su basıb. İndi isə sakinlər həmin yoldan istifadə etməkdə çətinlik çəkirlər.
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə yeni su şəbəkəsi çəkilib. Həyata keçirilən layihə tam başa çatdıqdan sonra yolda asfaltlanma işləri aparılacaq. Bununla da sakinlərin problemi həll olunacaq.

