Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Dünən Lənkəranda iki nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən  verilən məlumata görə, onlar qeyri-çimərlik ərazisində çimirmişlər.

Batma təhlükəsi ilə üzləşən şəxslər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunublar.