Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.