Bakıda evdən silah oğurlayan şəxs tutulub
Paytaxtda oğurluğa görə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumara görə, oğurluq etdiyinə görə tutulan S.Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən "Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd "İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalara başlanılıb.

