Təbiətə 3360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub
Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ərazidə obyekt tikintisi aparılan zaman 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib edilib və cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, identifikasiya etiketi vurularaq ağac.az portalında yerləşdirilib.

