Faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidməti oktyabrın 6-sı saat 9:00-a olan faktiki hava barədə məlumat yayıb.
Məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

