Hava limanı istiqamətində sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı – Bilgəh və Zığ dairəsi- hava limanı avtomagistrallarında bütün hərəkət zolaqları üzrə sürət həddi saatda 20 kilometr endirilib.

Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları tövsiyə olunur. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaqları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaqları xahiş edilir.

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri məsləhət görülür.