Sədərək Ticarət Mərkəzindəki yanğında 7 FHN əməkdaşı tüstüdən zəhərləndi

Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Hadisə zamanı 7 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.