Meyitlər, yaralılar yan-yana düzülüb - Şəmkirdəki dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO 18+

Şəmkir rayonunda yol qəzası baş verib.

Yerveinsan xəbər verir ki, "Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Yerveinsan qəzanın görüntülərini təqdim edir: