Bakıda körpünün dirəklərinin ətrafında asfalt çöküb - VİDEO

Bakıda körpünün dirəklərinin ətrafında asfalt çökərək iri çala əmələ gəlib.

Söhbət paytaxtın Sabunçu rayonu ərazisində, Böyükşor-Pirşağı yolundakı körpünün altındakı yerdən gedir.

Ərazidə asfalt qatı çöküb, yolda təhlükəli vəziyyət yaranıb. Problem körpünün dirəklərinin yaxınlığında olduğundan, təhlükə daha da artır.

Həm yolun hərəkət hissəsində asfalt qatının yeni vurulduğunu, həm də körpünün altındakı vəziyyəti gördükdə bu hadisənin daha əvvəl də baş verdiyi məlum olur. 

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə yerləşən yolötürücüsündə hər hansı qəza vəziyyəti qətiyyən mövcud deyil.

 O da bildirildi ki, asfalt örtüyündə çökən hissədə yaxın günlərdə təmir işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.