Qubada baş verən qəzada 6 nəfər xəsarət alıb
Qubada 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 6 nəfər, Üçgün kənd sakinləri - 1966-cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri - Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri - Təranə Əlixanova, 1992-ci il təvəllüdlü Tərlan Əlimirzəyev Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi davam etdirilir.

