ABŞ-ın neft ehtiyatları 440 mln. bareldən aşağı düşüb

ABŞ-da neft ehtiyatları artıq 7 həftə ardıcıl olaraq enməyə davam edir.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, ötən həftənin yekunlarına görə (15-19 iyul), ABŞ-da neft ehtiyatları 8,5 mln. barel azalaraq 436,54 mln. barel təşkil edib.

 
Qeyd edək ki, analitiklər daha əvvəl ABŞ-ın neft ehtiyatlarının 2,59 mln. barel düşəcəyini proqnozlaşdırırdı.