Neft yenidən ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,06% azalaraq 1 barelə görə 64,36 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,23% azalaraq 57,86 dollar təşkil edib.

