Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İyulun 31-də Amerika fond bazarında Dow Jones indeksi 1,23% – 26 864,27 bəndədək, S&P 500 1,09% – 2 980,38 bəndədək, Nasdaq isə 1,19% – 8 175,42 bəndədək enib.
Avropa fond bazarlarında iyulun 31-də FTSE 100 indeksi 0,78% – 7 586,78 bəndədək enib, Almaniya DAX-ı isə 0,34% – 12 189,04 bəndədək, Fransa CAC-40 isə 0,14% – 5 518,90 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 434 dollara bərabər olub.
İyulun 31-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,68% artaraq 1,108 dollar təşkil edib.

