Sumqayıtda yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib
İyulun 30-da Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, avtomobil yolunu keçmək istəyən 60 yaşlı Gilə Hüseynovanı və onun 5 yaşlı nəvəsi Məryəm Muradovanı avtomobil vurub. Xəsarət alan nənə və nəvə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Azyaşlının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

