Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 mln. manat olub.

Bu barədə  Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.