Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən verilən məlumata görə, iyulun 29-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.