Təzəpir məscidində bayram namazı qılınıb

Ramazan ayının başa çatması ilə əlaqədar Təzəpir məscidində bayram namazı qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, bu gün Əjdərbəy məscidində isə bayram namazı saat 08:00-da qılınıb.

 
Minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanma diləyiblər.

Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.