Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Zaməddin Bəfadar oğlu İbrahimovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Zaməddin Bəfadar oğlu İbrahimovun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunub və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Zaməddin İbrahimov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.