Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub

Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər.

Məlumata görə, bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

 
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.