Bəzi yerlərdə qar yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
Fevralın 24-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda, Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

