AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları əməkdaşlığa dəvət edir.

Bu barədə  institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Namizəd üçün tələblər:

- Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

- Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

- Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

- Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

- Yaxın inzibati ərazilərdə qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

- Epidemioloji məlumatları toplayaraq, təhlil etmək və hesabatlar hazırlamaq;

- Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

- Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

- Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

- Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.

Həmin tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi martın 18-dir.