"Moody's" Azərbaycanın iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

“Moody's” beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanın iqtisadi artım tempinin 3%-dək sürətlənəcəyini proqnozlaşdırır.

“Moody's”dən  verilən məlumata görə, bu proqnoz dünya enerji daşıyıcılarına olan əlverişli qiymətləri, ixracın artımı və iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun payının artması nəzərə alınmaqla verilib.

“Azərbaycan hökuməti tərəfindən aparılan islahatlar ölkə iqtisadiyyatının artımına müsbət təsir göstərməlidir. Bununla belə, ölkə iqtisadiyyatı neft qiymətlərinin dəyişməsinə qarşı həssas olaraq qalmaqdadır”, - deyə agentliyin məlumatda qeyd edilib.