Yardımlıda avtomobil dərəyə yuvarlandı: yaralılar var

Yardımlıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı-Yardımlı avtomobil yolunda qeydə alınıb. 

Yardımlı rayonunun Bozayran kənd sakini Əmrah Baxışzadənin idarə etdiyi “VAZ 21011” markalı minik maşını qəfildən idarəetməni itirərək dərəyə aşıb. 

 
Sürücü və avtomobildə olan sərnişinlər - Vüqar Baxışov və Sirac Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır yaralanan V.Baxışov paytaxt xəstəxanalarından birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.