Tələbələrə verilən təqaüdlərin məbləği artırılıb - SƏRƏNCAM

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2025-ci il sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:
doktorantura səviyyəsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 (dörd yüz əlli) manat;
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 (üç yüz) manat;
ali təhsil müəssisələrində:
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 (iki yüz qırx) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 (yüz səksən) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;
bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;
peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.