Bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Babək" hava xəttində bu gün təmir işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.