ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətlərinə müsbət təsir edib

ABŞ-ın neft ehtiyatlarının dördüncü həftə ardıcıl olaraq azalması dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub.

Belə ki, xəbər yazıldığı an ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,22% artaraq 1 barelə görə 64,94 dollar təşkil edib.

Bundan əlavə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,76% artaraq 58,85 dollar təşkil edib.

 
Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (1-5 iyul) yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 8,1 mln. barel azalaraq 461,4 mln. barel təşkil edib.